Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

01 avqust 2019-cu il tarixində Sabirabad rayon MKS-nin tabeliyinde olan 1-nömrəli şəhər filialının Oxu zalında ”1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar tədbir keçirildi.

02.08.2019

01 avqust 2019-cu il tarixində Sabirabad rayon MKS-nin tabeliyinde olan 1-nömrəli şəhər filialının Oxu zalında "1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü" ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabirabad Rayonu "ASAN Xidmət" Mərkəzinin Könüllüləri iştirak etmişlər. Sabirabad regional "ASAN xidmət" mərkəzinin əməkdaşı, könüllülər üzrə məsul şəxs Amil Alışov və 1-nömrəli şəhər filialının filial müdürü Məmmədova Fatimə sözü açaraq dilimizin saflığı və inkişafı istiqamətində mühüm addımların artırılması barəsində tədbir iştirakçılarına geniş məruzə söylədi. Müasir dövrümüzdə Ulu öndərimiz Heydər Əliyev bu ənənəni daha böyük əzmkarlıqla davam etdirmişdir. Onun xalqına olan sonsuz məhəbbəti ana dilimizi yüksəklərə qaldırmışdı. Ulu öndər hər sahənin bilicisi idi, onun ana dilinə münasibəti hər kəs üçün örnək olmuşdur.Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2004–cü ildə latın əlifbasında kitabların nəşri ilə bağlı sərəncam imzalandı və bu sahədə işlər davam etdirilməkdədir. Daha sonra Sərgiyə baxılmışdır.Xarici ədəbiyyatlardan ana dilimizə tərcümə olunmuş kitablarla oxu saatı kecirilmişdir.

 

89.4 KB

 

91.3 KB