Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Nəsimi yaradıcılığının klub və mədəniyyət evlərində təbliği” mövzusunda seminar.

01.08.2019

31 iyul 2019-cu il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzində "Nəsimi yaradıcılığının klub və mədəniyyət evlərində təbliği " mövzusunda seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan mərkəzin direktoru Bəylər Əliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli 689 nömrəli Sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində geniş qeyd edilir. Müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı hazırlanmışdır. Ölkə başçısının 11 yanvar 2019-cu il Sərəncamı ilə 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilmişdir. Bütün bunları nəzərə alaraq klub və mədəniyyət evləri də Nəsimi yaradıcılığının təbliği ilə məşğul olmalıdırlar. Daha sonra çıxış edənlər ilin sonuna qədər Nəsimi yaradıcılığı ilə əlaqədar keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparmış və bəzi filiallarda bir neçə filialın iştirakı və təşkilatçılığı ilə müxtəlif tədbirlərin keçirilməsi qərarlaşdırılmışdır.

 

117.2 KB