Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“GƏLİN, GƏLƏCƏYİMİZİ QORUYAQ!”

05.07.2019

5 iyul 2019-cu il tarixdə rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə narkomaniya və pis vərdişlərlə bağlı “Gəlin, gələcəyimizi qoruyaq!” adlı dəyirmi masa keçirilmişdir. 40 nəfərin qoşulduğu və bir saat davam etmiş dəyirmi masada hər iki Mərkəzin kollektivləri ilə yanaşı, Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Yay məktəbi”nin şagirdləri, eləcə də Uşaq və Ailələrə Dəstək Mərkəzində təlim keçən azyaşlı uşaqlar iştirak etmişlər. Heydər Əliyev Mərkəzindən baş fond mühafizi Məhəmməd İsayev, elmi işçi Xanım Ağayeva və bələdçi Nurlana Muradova, eləcə də Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarından Yaqut Hüseynova və Aynur Əsədova çıxış edərək, uşaqlara narkomaniyanın və digər pis vərdişlərin fəsadlarından bəhs etmişlər. Dəyirmi masada əyani vəsait olaraq, Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin şagirdlərinin çəkdikləri narkomaniya əleyhinə rəsmlərdən və Uşaq və Ailələrə Dəstək Mərkəzinin müvafiq broşür və bukletlərindən də istifadə olunmuşdur.

 

 

88.3 KB