Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Heydər Əliyevin Azərbaycanda tarixi qurtuluş missiyası” mövzusunda tədbir keçirildi.

13.06.2019

13 iyun 2019-cu il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş günü ilə əlaqədar “Heydər Əliyevin Azərbaycanda tarixi qurtuluş missiyası” mövzusunda tədbir keçirildi.  Ilk olaraq  Məhkəmənin direktoru Aynur Fərzəliyeva Milli Qurtuluş Günü”nün mahiyyəti ilə bağlı gəncləri məlumatlandırdı.  Sonra Mərkəzin bələdçisi Səkinə Qayıbova tərəfindən tələbələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyətini özündə əks etdirən eksponatlar, kitablar və fotolar haqqında ətraflı məlumat verildi. Sonda "Milli Qurtuluşdan intibaha" adlı sənədli film nümayiş olundu.

 

 

115.5 KB

 

143.1 KB