Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bütün insanlar bərabərdir” adlı sərgi

13.06.2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 18 may - 18 iyun tarixlərində İnsan Hüquqları Aylığı elan olunub.Bununla əlaqədar olaraq Şirvan şəhər İcra Hakimiyyəti və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə sərgi təşkil olunmuşdur.“Bütün insanlar bərabərdir” adlı qalereya əməkdaşlarının rəsmlərindən ibarət sərgi Şirvan şəhər Gənclər Evində təşkil olunnuşdur.Sərgidə kətan üzərində yağlı boya ilə müxtəlif mövzuları əhatə edən 30- dan çox əsər yer almışdı.Əsasən natürmort, peyzaj və portret janrlarında olan əsərlər mövzu və ideya baxımından zənginliyi və rəngarəngliyi ilə seçilirdi.Əsərlərdəki mövzu seçimi və rəng həlli də unikallığı ilə fərqlənirdi.Sərginin açılışını Şirvan Şəhər İcra Hakimyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Samirə İsmayılova və Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov edərək qırmızı lenti kəsmişdilər.Tədbirə tamaşaçı qismində mədəniyyət və tibb işçiləri , sənətsevərlər , həmçinin digər müəssisələrin əməkdaşları dəvət olunmuşdu. Sonda  sərgidə əsərləri  fərqlənən şagirdlər fəxri fərmanla təltif olundular.

 

 

81.3 KB

 

134.8 KB