Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şirvan Dövlət Rəsm Qalereyasında Mənim rəngli dünyam” adlı sərgi

03.06.2019

Şirvan Dövlət Rəsm Qalereyasında  Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə “Mənim rəngli dünyam” adlı sərgi təşkil edilmişdir. Qalereya dərnək üzvlərinin rəsmlərindən ibarət olan sərgidə 30-dan çox rəsm əsəri yer almışdır. Sərgidə Şirvan şəhər İcra Hakimiyyətinin  İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova , 16,  10,  5,  9 saylı məktəbin şagird və müəllimləri, Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecin tələbələri iştirak etmişlər. Tədbir zamanı qalereya əməkdaşları uşaqlara akvaqrim etmişlər. Ümumillikdə sərgidə 50-ə yaxın tamaşaçı iştirak etmişdir. Sərginin gün ərzində qalereyada nümayiş olunması nəzərdə tutulmuşdur.  

 

106.4 KB

 

103.8 KB