Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıqabul şəhər və Bülbül adına Saatlı şəhər uşaq musiqi məktəblərinin 2018-2019-cu tədris ili üçün təsdiq olunmuş tədbirlər planına uyğun olaraq keçirdiyi tədbir.

15.05.2019

Sabirabad  Regional  Mədəniyyət  İdarəsinin  tabeliyində  fəaliyyət göstərən  Hacıqabul  şəhər  və  Bülbül  adına  Saatlı  şəhər  uşaq  musiqi məktəblərinin  2018-2019-cu  tədris  ili  üçün  təsdiq  olunmuş  tədbirlər  planına  uyğun  olaraq  Bülbül  adına  Saatlı  şəhər  uşaq  musiqi  məktəbinin  müəllim  və  şagird  kollektivi    Hacıqabul  şəhərində  olmuşdur.Konsertdən  öncə  qonaqlar  şəhərdə  yerləşən  mədəniyyət  müəssisələri  ilə  o,cümlədən  Ümummilli  lider  Heydər  Əliyevin  adını  daşıyan  mərkəzdə,rayon  Tarix   Diyarşünaslıq  muzeyində,rayon  mərkəzi  kitabxanası  ilə  tanış  olmuş,xatirə  şəkilləri  çəkilmişdir. “Dostluq  və  əməkdaşlıq”  çərçivəsində  keçirilən  tədbir  şəhər  Folklor  klubunda  davam  etmişdir.Tədbiri  Hacıqabul  şəhər  uşaq  musiqi  məktəbinin  direktoru  Rahib  Məmmədov  açaraq  qonaqları  salamlamış,sonra  söz  Sabirabad  Regional  Mədəniyyət  İdarəsinin  Hacıqabul  rayonu  üzrə  nümayəndəsi  Elnur  Əmiraslanova  verilmişdir.O,belə  tədbirləri  yüksək  dəyərləndirərək  hər  iki  kollektivə  uğurlar  arzulamış,Hacıqabul  şəhər  uşaq  musiqi  məktəbinin  Fəxri  Fərmanını  Bülbül  adına  Saatlı  şəhər  uşaq  musiqi  məktəbinin  direktoru  Ramella  İsmayılovaya  təqdim  etmişdir.Ramella  İsmayılova  çıxış  edərəkgöstərdikləri  diqqət  və  qayğıya  görə  Sabirabad  Regional  Mədəniyyət  İdarəsinin Hacıqabul  rayonu  üzrə  nümayəndəsi  Elnur  Əmiraslanova  və  Hacıqabul  şəhər  uşaq  musiqi  məktəbinin  direktoru  Rahib  Məmmədova   öz   adından  və  müəllim,şagird  kolklektivi  adından  təşəkkürünü  bildirmişdir.Daha  soonra  hər  iki  məktəbin  şagirdlərinin  ifaları  dinlənilmişdir.Proqrama  azərbaycan  və  xarici  bəstəkarların  əsərləri  salınmışdır.

 

132.7 KB

 

125.5 KB

 

105.2 KB