Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyi və Şirvan Gəclər Evinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi ,böyük yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə keçirilən tədbir.

15.05.2019

     Şirvan  şəhər  Tarix-diyarşünaslıq  muzeyi və Şirvan Gəclər Evinin birgə təşkilatçılığı ilə Azərbaycan  ədəbiyyatının görkəmli  nümayəndəsi ,böyük  yazıçı və ictimai xadim Cəlil  Məmmədquluzadənin  anadan olmasının 150  illiyi   münasibətilə  15 may 2019-cu il tarixdə  saat 1100 da Gənclər Evində “Zəmanəsinin  qəhrəmanı”adlı tədbir keçirilmişdir.Tədbiri  muzeyin baş elmi işçisi Ləman Mikayılova açmışdır. O,tədbir  iştirakçılarını  salamladı və qeyd etdi ki,bu hadisə ilə əlaqədar ölkə prezidenti 17 yanvar  2019-cu il tarixdə xusüsi sərəncam da imzalamışdır. C.Məmmədquluzadənin  həyat və  yaradıcılığı,ictimai fəaliyyəti  haqqında geniş məruzə ilə muzeyin əməkdaşı Xatirə  Əliyeva  çıxış  etmişdir.Şəhər 1 nömrəli məktəb-liseyin şagirdləri C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindən hazırlanmış səhnəciklə çıxış etmişlər.Bundan başqa tədbirdə C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin əsasında çəkilmiş “Qəm pəncərəsi” (rejissoru Anar)filmindən fraqmentlər nümayiş etdirilmişdir.

 

80 KB