Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabadda “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

15.05.2019

15 may 2019 – cu il tarixdə  Sabirabad rayon İcra Hakimiyyətinin və SRPŞ - nin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya  yox deyək” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və Polis şöbəsinin əməkdaşları, məktəblilər, müəllimlər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə  “Narkomaniya bəşəriyyətin bəlasıdır”  adlı videoçarx  nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov narkotik vasitələrin yaratdığı fəsadlar haqqında məlumat verib. Gənclərin bu bəladan uzaq durmasının vacibliyinin vurğulayan N.İsmayılov bildirib ki, narkomaniya ilə mübarizəni bütün dövlət qurumları aparmalı və maarifləndirici tədbirlər keçirilməlidir. Daha sonra çıxış edən RPŞ rəisi Namiq Camalov mövzu ilə bağlı geniş çıxış edərək, narkomaniyanı  “Əsrin bəlası” adlandırıb. Gənclərimizi bu kimi pis vərdişlərdən uzaq saxlamaq üçün ailənin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan N.Camalov belə tədbirlərin vacibliyini qeyd edib. Narkotik vasitələrdən istifadə edənlərin cəmiyyətdən təcrid olunduğunu, bu kimi halların yaşanmaması üçün gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırmağın vacibliyini vurğulayıb. O bildirib ki, narkotik vasitələrdən asılılıq həmin maddələrdən bir və ya bir neçə dəfə istifadə etməkdən qaynaqlanır. Narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeni yetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib. Sonda tədbir iştirakçılarının maraqlandıran suallar cavablandırılıb.

 

96.9 KB

 

170.2 KB