Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 – cı ildönümü münasibətilə ekskursiya keçirildi.

14.05.2019

10 may 2019 – cu il tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 – cı ildönümü münasibətilə ekskursiya keçirildi. Ekskursiyada Sabirabad şəhər N.Nərimanov adına 2saylı beynəlmiləl orta məktəb,M.Müşfiq adına 3 saylı orta məktəb,M.Ə.Sabir adına 1 saylı şəhər orta məktəb, Qaraqaşlı kənd tam orta məktəb və Qalaqayın kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak edirdilər.İlk öncə, qonaqlar  Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər. Sonra  Azərbaycan Dövlətçiliyi Tarixi Kabinetində məktəblilərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “ Böyük ömrün anları” filmi nümayiş olundu.Ekskursiyaya gələn qonaqlara, Ümummilli Lider,Ulu Öndər, Müstəqil Azərbaycanın qurucusu,Azərbaycan xalqının xilaskarı, dövlət xadimi heydər Əliyevin zəngin həyatı, rayonumuza səfərləri haqqında, həyat və fəaliyyəti haqqında geniş məlumat verildi. Ulu Öndərin rayonumuz haqqında söylədiyi xoş sözlərin səs yazması planşet vasitəsilə dinlənildi. Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dövlətimizin və xalqımızın rifahı naminə gördükləri işlər haqqında məlumat verildi. Sonda Ulu Öndər Heydər Əliyevin büstü qarşısında xatirə şəkili çəkildi.

 

71.5 KB