Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Rəis Mədəniyyət işçilərini təbrik etdi

15.04.2019

Hörmətli mədəniyyət işçiləri! Sizə də məlum olduğu kimi bu gün – 15 aprel Mədəniyyət Günüdür. Bu münasibətlə başda Mədəniyyət naziri cənab Əbülfəs Qarayev olmaqla, bütün mədəniyyət işçilərini təbrik edir, fəaliyyətlərində davamlı müvəffəqiyyətlər, böyük uğurlar arzulayıram. İnsanın öz yaradıcılıq bacarığı, estetik qabiliyyəti sayəsində yaratdığı mədəniyyət nümunələrinin əhatəliliyi onun daxili aləminin zənginliyinin göstəricisdir. Bizim vəzifəmiz tarixin keşməkeşindən, zamanın qaranlıqlarından süzülüb gələn, uluların bizə miras qoyduğu və işıqlı gələcəyimizin formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayan mədəniyyətimizi qoruyub ən nümunəvi şəkildə  təbliğ etmək, mədəni irsimizi gələcək nəsillərə daha gözəl, daha parlaq formada çatdırmaqdır. Bu çətin və şərəfli yolda sizlərə əsla yorulmamaq, iradəli və qətiyyətli fəaliyyət göstərmək, mədəniyyət sevgisinin qəlbinizdən heç zaman əskilməməsini diləyirəm. 

 

 

40.8 KB