Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şirvan şəhər Mədəniyyət mərkəzinin İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

15.04.2019

Şirvan şəhər Mədəniyyət mərkəzinin “Dədə Qorqud” və “Aran”klubları birlikdə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Şirvan şəhər Gənclər evində 11 aprel 2019-cu il tarixində “Hüsnü Camal,Əqli Kamal” adlı dəyirmi masa təşkil olundu.Tədbiri “Dədə Qorqud”klubunun müdiri Vüqar Bayramov açaraq Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalığın olduğunu söylədi. Çıxış edən Gənclər evinin fəallarından olan Nurlan Qədimov bildirdi ki, şairin sağlığında əsərləri Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayılmışdı. Nəsimi sadəcə Azərbaycan ədəbiyyatına deyil, 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərmişdir. Şairin əsərləri əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanıldığını söylədi.Sonda  İmadəddin Nəsimiyə aid vidio-rolik nümayiş olundu.

 

4.6 MB