Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş sərgi açıldı

07.03.2019

7 mart 2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş sərgi açıldı. Sərgidə rayonun bacarıqlı qadınlarının və Mərkəzin rəsm kursu üzvlərinin əl işləri nümayiş olundu. Şəhər 10 saylı məktəbin 1 və 2-ci sinif şagirdləri müəllimləri ilə birlikdə 07.03.2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin bələdçisi Aytən Mustafazadə 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə açılmış sərgi ilə onları tanış etdi.Sərgidə nümayiş olunan əl işləri uşaqların böyük marağına səbəb oldu.Sonra məktəblilər 8 Mart münasibəti ilə anaya, müəllimə həsr olunmuş şeirlər səsləndirdilər.

 

33.1 KB