Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gənc istedadların yaradıcılıq gecəsi

14.12.2017

Şirvan şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq klubunda gənc rəssam Güllü İmanova və gənc şair Nahidə Məmmədova ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci tələbələrinin görüşü keçirilmişdir. “Parlayan ulduzlar” adlı bu tədbir, əslində, hər iki istedadlı gəncin yaradıcılıq gecəsi idi. Gecənin aparıcıları Rəvanə Alışova və Amin Quliyev gənc istedadlar haqqında tələbələrə ətraflı məlumat vermişlər. Rəsm müəllimi Salman Salmanovun gənc rəssamın, ədəbiyyat müəllimi Tamilla Kazımovanın gənc şairin yaradıcılığı haqqında məruzələri dinlənilmişdir. Güllü İmanova və Nahidə Məmmədova yaradıcılıq planları haqqında danışmış, tələbələri maraqlandıran suallara cavab vermişlər. Gecə musiqi nömrələri və Nahidə Məmmədovanın söylədiyi şeirlərlə başa çatmışdır.

 

37.7 KB