Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Mədəniyyət Mərkəzində “Nəsimi-650” adlı sərgi açılmışdır

12.02.2019

Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar “Nəsimi-650” adlı sərgi açılmışdır. Sərgidə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdləri tərəfindən Nəsimini təsvir edən rəsm əsərləri, şairin müxtəlif illərdə çap olunmuş qəzəlləri, 1973-ci ildə nəşr olunmuş farsca Divanı və Nəsiminin həyat və yradıcılığını işıqlandıran müxtəlif nümunələr sərgilənir.

Sabirabad rayon Mədəniyyət Mərkəzində həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yubileyləri keçiriləcək ədiblərlə əlaqədar sərgi təşkil olunmuşdur. Sərgidə Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının ayrı-ayrı illərdə çap olunmuş əsərləri və onların həyat və yaradıcılığına aid fotoşəkillər sərgilənir

 

48.3 KB

 

51.9 KB