Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Nəsimi” bədii filmi nümayiş olundu

12.02.2019

12.02.2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Nəsimi ili” ilə əlaqədar olaraq “Nəsimi” bədii filmi nümayiş olundu. Əvvəlcə Mərkəzin direktoru Aytən Zülfəliyeva qeyd etdi ki, Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilib, il ərzində hazırlanmış, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Azərbaycanın görkəmli şairi İmadəddin Nəsimiyə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.Heydər Əliyev Mərkəzində İmadəddin Nəsimiyə həsr olunmuş “Əbədiyyət üfüqlərində doğmuş eşq günəşi” adlı aylıq bülleten, “İmadəddin Nəsimi-650” adlı foto guşə hazırlanıb.

Sonra “Nəsimi” filmi nümayiş olundu. Filmə Mədəniyyət işçiləri, Uşaq və Ailələrə Dəstək mərkəzinin əməkdaşları, məktəblilər, kurs üzvləri maraqla tamaşa etdilər.

 

50.1 KB