Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olundu

07.02.2019

07 fevral 2019-cu il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olundu.Anma mərasimində ilk olaraq igid döyüşçünün xatirəsi ehtiramla yad edildi.Mərasimdə çıxış edən Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov. İqtisadiyyat və Humanitar Kollecinin tələbələri Emil İsmayıllı və Nahidə Məmmədova  Mübariz İbrahimovun keçdiyi şərəfli ömür yolundan danışdılar. Sonra Milli Qəhrəmana həsr olunmuş video çarx nümayiş olundu. Tədbirin sonunda Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş musiqilər səsləndirildi.

 

34 KB