Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Cəlil Məmmədquluzadə 150”

08.02.2019

         Şirvan  Dövlət Rəsm Qalereyası tərəfindən 07 fevral 2019-cu il tarixdə,  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  görkəmli Azərbaycan yazıçısı  Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına əsasən, Şirvan şəhər Mərkəzi Kitabxanası ilə birlikdə tədbir təşkil edilmişdir.

         Tədbiri giriş sözü ilə Qalereyanın direktoru Çinarə Vəliyeva açaraq dəvətliləri salamlamışdır. Sonra Mərkəzi kitabxananın baş biblioqrafı Kəmalə Quliyeva  ədibin həyat və  yaradıcılığı haqqında mühazirə oxumuşdur.                                                                        

       Sonra dəvətlilər qalereya dərnək üzvlərinin çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olmuşlar. Müxtəlif janr və üslublarda çəkilmiş bu tabloları birləşdirən cəhət forma və rənglərin ümumi vəhdəti, həmçinin tamaşaçı tərəfindən cəzbediciliyi idi.

       Tədbirdə Mədəniyyət müəssisələrinin əməkdaşları, şəhərin 10 və 21 saylı məktəblərindən müəllim və şagirdlər olmaqla, ümumilikdə 80- dən çox tamaşaçı  iştirak etmişdir.                                                                                                                                                                    

 

38.6 KB