Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü

07.02.2019

                  Sabirabad rayon  Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar sərgi açılmışdır. Sərgidə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin Milli Qəhrəmanı təsvir edən rəsm əsərləri , Mübariz İbrahimovun keçdiyi şərəfli yoldan bəhs edən kitablar, onun qəhrəmanlığı barəsində mətbuatda çıxan məqalələr,  ölümə şərəf qatan igidin həyatının müxtəlif dönəmlərindəçəkdirdiyi fotolar nümayiş olunmuşdur.

                  Sərginin açılışında çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Aynur İsmayılova Vətən uğrunda canından keçən şəhidlərimizin həyatını nümunə göstərmiş, Milli Qəhrəman Mübariz İbrahimovun Azərbaycanın şanlı tarixinə atdığı silinməz imzanın önəmindən bəhs etmiş, onun mənəvi yüksəkliyindən və müqqəddəs amal uğrunda dönməz iradə göstərdiyindən gənclərimizin örnək götürmələrini vurğulamışdır.

                  Daha sonra çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə şəhidlik məfhumunun  ali dəyər olduğundan söz açmış, Mübariz İbrahimov və onun kimi neçə-neçə şəhidimizin şərəfli həyatının öz pak qanları ilə qoruduğu vətənimizi sevməkdə, vətənə bağlı vətənpərvər gənc olmağımızda əsəs meyar olduğundan bəhs etmişdir.

 

41.4 KB

 

43.3 KB