Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Nəsimi ili”

07.02.2019

Saatlı rayon Mədəniyyət Mərkəzində filial müdirlərinin iştirakı ilə müzakirə

      07 fevral 2019-cu il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzində filial müdirlərinin iştirakı ilə müzakirə keçirilmişdir. Müzakirədə görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı araşdırılmışdır. Mədəniyyət Mərkəzi, mədəniyyət evi və klubların işinin təkmilləşdirilməsi ilə əlaqədar Prezidentin Fərmanının qarşıya qoyduğu həlli vacib məsələlər diqqətlə müzakirə edilmiş, müvafiq tapşırıqlar verilmişdir. Fevral və mart ayları ərzində, həmçinin, “Nəsimi ili” çərçivəsində 2019-cu il ərzində keçiriləcək tədbirlər ətraflı müzakirə edilmiş, ayrı-ayrı filiallar arasında iş bölgüsü aparılmışdır.

 

29.5 KB