Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bilik yarışması

14.12.2017

Şirvan şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq klubunda Azərbaycan Respublikasının dövlət atributlarına həsr olunmuş bilik yarışması təşkil olunmuşdur. Yarışda Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini təmsil edən 10 komanda iştirak etmişdir. Komandalardan “Qarabağ”, “Səma”, “Günəş”, Kainat”, Avanqard”, Dəniz”, Dərya”, Zirvə” adları altında çıxış edən 9-u kollecin ayrı-ayrı qruplarında, 1 komanda isə müxtəlif qruplarda təhsil alan tələbələrdən təşkil olunmuşdu. Buna görə də sonuncu komanda “Yığma” adlandırılmışdı. Dörd mərhələdən ibarət bilik yarışmasında daha yaxşı çıxış edən yığma komanda birinci yeri  tutmuş və şəhər turunda iştirak etmək hüququ qazanmışdır.

Eldar Qəmərli

  Şirvan şəhərinin mədəniyyət                                                                             müəssisələri  üzrə          mətbuat                                                                                 katibi.

 

32.5 KB

 

29.7 KB