Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

08.12.2017

Sabirabad rayon Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşahəli siyasi fəaliyyətinə həsr edilmiş”Əbədiyyət yolu”sənədli filmi nümayiş olunub.Filmdən sonra Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,dünya şöhrətli siyasi xadim,türk dünyasının böyük oğlu,xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib.Xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz Heydər Əliyev adı ilə bağlı olduğunu qeyd edib.Ulu öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən,regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğu qeyd edilib.

 

99.3 KB