Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Əbədiyaşar Lider” adlı tədbir keçirildi

06.12.2018

06.12.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və bir dəqiqəlik sükutla Heydər Əliyevin xatirəsi yad edildi, sonra geniş məruzə ilə çıxış etdi. Həmçini qeyd etdi ki, Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində 05-12.12.2018-ci il tarixinədək “Açıq Qapı” günləri elan olunub, Hacıqabul rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Aylıq bülliten”, təqvim hazırlanıb, Heydər Əliyevin kitablarından ibarət sərgi açılıb.Sonra Mərkəzin bələdçisi Aytən Mustafazadə və elmi işçisi Xanım Ağayeva çıxış etdilər.Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş “Şəxsiyyət” sənədli filmi nümayiş olundu.

 

40.3 KB

 

34.5 KB