Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Anım günü qeyd edilmişdir

06.12.2018

Sabirabad rayon Tarix-diyarşünaslıq muzeyinin və rayon mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir.  İlk öncə ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilmişdir.Sərgidə dahi şəxsiyyət Heydər Əliyevin həyat yoluna, Sabirabada səfərlərinə həsr edilmiş fotoşəkillər, kitablar, digər çap məhsulları və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən nümunələr nümayiş etdirilmişdir. Muzeyin direktoru Şükufə Əsgərova tədbiri açaraq ümumilli lider Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyinin inkişafında misilsiz xidmətlərindən danışmış, xalqın yaddaşında tarixi şəxsiyyət olaraq əbədi yaşayacağını vurğulamışdir. Tədbirə  N.Gəncəvi adına şəhər tam orta məktəbinin şagirdləri də qatılmışdılar.Onların ifasında vətənpərvərlik ruhunda şeirlər və sonda Azərbaycan himni səslənmişdir.

 

44.4 KB