Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

12 Dekabr Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş əlaqədar tədbir keçirilmişdir

06.12.2018

06 Dekabr 2018-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Nizami Gəncəvi adına 5 saylı orta məktəb şagirdlərinin iştirakı ilə  12 Dekabr Azərbaycan xalqının Ümummilli lideri,ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş əlaqədar tədbir keçirilib.Tədbiri giriş sözü ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov açaraq bildirmişdir ki,Azərbaycanın ən yeni tarixininin bütöv bir dövrü Ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır.Onun rəhbərliyi dövründə respublikamız yüksək inkişaf yolu keçmişdir.Daha sonra Sabİrabad Regional Mədəniyyət İdarəsinin digər məslətçisi A.İsmayılova çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu,ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən,ölkəmizə rəhbərlik etdiyi illərdə tariximizə, millidəyərlərimizə, mədəniyyətimizə, elmimizə, təhsilimizə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.Çıxışlardan sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət yolu”adlı filmə baxış keçirdilər. Sonda tədbir iştirakçıları Sabirabad rayon Mədəniyyət Mərkəzi və Sabirabad rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar,məktəblilərin ifasında Azərbaycana və ulu öndərə həsr olunmuş şerlər səslənib.

 

31.3 KB

 

44.4 KB

 

48.3 KB