Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

23.02.2018-ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Saatli rayon C.Cabbarlı adına şəhər 3 saylı tam orta məktəbinin birgəəşkilatçılığı ilə keçirilən “Xocalı faciəsi tarixə qanla yazıldı”

23.02.2018

23.02. 2018-ci il  tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev            Mərkəzi və Saatli rayon C.Cabbarlı adına şəhər 3 saylı tam orta məktəbinin birgə təşkilatçılğı ilə Xocalı soyqırımının 26 cı il dönümü ilə əlaqədar tədbir keçirildi. Tədbir də Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Saatlı rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi Şərqiyyə Şahpələngova, Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev, AR-sı Ailə, Qadın Uşaq problemləri üzrə Dövlət komitəsinin Saatlı rayon uşaq və ailələrə dəstək mərkəzinin direktoru Aidə İbrahimova, Saatlı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayevaya, Saatlı rayon Mərkəzləşdirilmiş Kitapxana sisteminin direktoru Sakit Bağırov, Saatlı rayon Bülbül adına uşaq musiqi məktəbinin direktoru Ramella İsmayılova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Saatlı rayon bölməsinin kollektevi, Saatlı rayon C.Cabbarlı adına şəhər 3 saylı tam orta məktəbinin müəllim və şagirdlər kollektivi, Saatlı rayon V.Əsgərov adına 4 saylı tam orta məktəbinin müəllim və şagirdlər kolleltivi, Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbinin müəllim və şagirdlər kollektivi iştirak etdilər. Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telman Ağayev tədbiri giriş sözü ilə açaraq, Xocalı faciəsinin qurbanları və o mənfur gecənin dəhşətli anları haqqında bəhs etdikdən sonra, şəhidlər üçün bir dəqiqəlik sükut elan etdi. Sükutdan sonra bədii-ədəbi musiqili kompazisiya keçirildi. Daha sonra söz Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Saatlı rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi Şərqiyyə Şahpələngovaya verildi. Ş. Şahpələngova Xocalı faciəsinin dəhşətlərindən bəhs edərək, kecirilən tədbirin gənc nəsil üçün əhəmiyyətini vurğuladı. Sonra  Saatlı rayon C.Cabbarlı adına şəhər 3 saylı tam orta məktəbinin direktoru Cəfər Məmmədov soyqırım haqqında danışaraq, Xocalı faciəsinin gənc nəslin yaddaşından silinməməsi üçün yalnız müəllimlərin deyil, valideynlərində üzərinə düşən məsuliyyəti vurğulayaraq öz tövhələrini verdi. Tədbirdə çıxış edən rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev Xocalı faciəsini əks etdirən bu cür tədbirlərin yaddaşlardan silinməməsi üçün əhəmiyyətindən danışaraq təqdirə layiq olduğunu iştirakçıların nəzərinə çatdırdı. Daha sonra Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telman Ağayev tədbiri bağlı elan etdi.

 

57.4 KB