Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

06 Mart 2018-ci il tarixdə Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Muğan”parkında Novruzun ikinci çərşənbəsi olan “Od çərşənbəsi”qeyd edildi.

06.03.2018

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması,onun insanı hər cür pisliklərdən,şərdən təmizləyəcəyinə,xeyirin qələbə qazanacağına inam ifadə olunur.        Həmin gün parkda keçirilən bayram şənliyində çərşənbə adətlərinə uyğun tonqal qalandı.Keçəl və Kosanın ifasında şən,məzəli səhnəciklər mərasim nəğmələri və xalq mahnıları tədbirə xüsusi təravət gətirdi.Tədbirdə rayon sakinləri,ictimaiyyətin nümayəndələri iştirak edirdilər.Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən-kiçiyə hamıya xoş ovqat bəxş etdi.

 

101.5 KB