Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tələbə gənclər üçün seminar keçirildi

02.03.2018

Şirvan şəhər Heydər  Əliyev Mərkəzi tərəfindən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin  prioritet istiqamətləri və əsas hədəfləri” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynovun və Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyevanın məruzələri və bir sıra çıxışlar dinlənilmişdir. Məruzəçilər mövzu ilə əlaqədar tələbə gəncləri maraqlandıran çoxsaylı suallara cavab vermişlər.

 

48.6 KB