Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bu faciəni unutmayın!”

26.02.2018

Şirvan şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq klubunda Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar “Bu faciəni unutmayın!” adlı tədbir təşkil edilmişdir. Tədbiri giriş sözü ilə tarix müəllimi Mehran Əhməd qızı açmışdır. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla  yad edilmişdir. Mirəstə Nəcəfovanın məruzəsi dinlənilmişdir. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbəsi Nahidə Elman Xocalı soyqırımı mövzusunda yazdığı şeirini söyləmişdir. Tədbir iştirakçıları bu mövzuda çəkilmiş filmə baxmışlar. Tədbir  “Qarabağda elim qaldı” mahnısının sədaları altında başa çatmışdır.

 

32.5 KB