Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş ”Donmuş zaman” adlı ədəbi-bədii kompozisiya

26.02.2018

Xocalı faciəsinin 26-cı  ildönümü ilə əlaqədar olaraq  Hacıqabul rayon mədəniyyət müəssisələrində tədbirlər planına əsasən silsilə tədbirlər keçirilmişdir.    23.02.2018-ci il tarixindən Mədəniyyət Mərkəzinin foyesində Hacıqabul rayon Heydər Əliyev Mərkəzi, rayon Mərkəzi Kitabxanası  və  Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı il dönümü ilə əlaqədar sərgi açılmışdır. Sərgidə Heydər Əliyev Mərkəzi rəsm kursu üzvlərinin rəsmləri, Heydər Əliyev Mərkəzi əməkdaşlarının , “ Xocalı faciəsini” əks etdirən kompozisiya sərgisisi tamaşaçıların marağına səbəb olmuşdur.  Bu tədbirlərin yekunu olaraq  26.02.2018-ci il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində “Xocalı faciəsinin 26-cı ildönümü”  ilə əlaqədar olaraq, ümumrayon tədbir keçirildi.  Tədbirdə rayonun İcra Hakimiyyətinin  Başçısı  Əhməd  Muxtarov,  bütün idarə və təşkilatlarının nümayəndələri iştirak edirdi. Əvvəlcə Mədəniyyət Mərkəzində Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxış keçirildi.  Sonra isə mədəniyyət işçiləri tərəfindən səhnələşdirilmiş "Donmuş zaman" adlı  ədəbi-bədii kompozisiya  tamaş olundu.

 

29.3 KB