Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhmədabad kənd Folklor evində olmuşdur.

06.04.2021

06 aprel 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Əhmədabad kənd Folklor evində olmuşdur. Görüş zamanı Əhmədabad kənd Folklor evinin direktoru Vaqif Dişadze Folkor evinin fəaliyyəti barəsində idarə rəhbərliyinə məlumat vermişdir. V.Dişadze Əhmədabad kənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Axısxa Halay-Türk” folklor rəqs kollektivinin fəaliyyətindən söhbət açaraq bildirmişdir ki, kollektiv Türk xalqlarının rəqs nümunələrini nümayiş etdirməklə bərabər, milli xalq rəqslərimizi, adət -ənənələrimizi yaşatmaqda davam etdirir. Dövlət tədbirlərində, festivallarda həmçinin ölkə xaricində olan qastrol səfərlərində rəngarəng çıxışları ilə alqışlarla qarşılanırlar. “Axısxa Halay-Türk” folklor kollektivinin çıxışları mətbuat səhifələrində, televiziya kanalları tərəfindən işıqlandırılır.

 

67.6 KB

 

52.3 KB

 

64.8 KB