Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə “Region muzeyləri üçün Qobustan təcrübəsi” mövzusunda onlayn konfrans keçirilmişdir.

05.04.2021

05 aprel 2021-ci tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə “Region muzeyləri üçün Qobustan təcrübəsi” mövzusunda onlayn konfrans keçirilmişdir.

Konfransda Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev, həmçinin bəzi mədəniyyət müəssisələrinin rəhbrələri və digər qonaqlar iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan millət vəkili  Sabir Rüstəmxanlı Muğan bölgəsinin zəngin mədəniyyətindən, Qobustan qoruğundakı qayaüstü təsvirlərin tarixi qədimliyinin önəmindən söz açmış, bu iki mədəni irsin xalqımız tərəfindən qorunmalı olduğunun əhəmiyyətini vurğulamışdır.

Daha sonra çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə muzeylərimizin daha təkmil və əlaqəli əməkdaşlığının təqdirəlayiq olduğunu bildirmiş, bu kimi tədbirlərin ardıcıl təşkilinin Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfə olacağını qeyd etmişdir.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev də öz növbəsində çıxış edərək, Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyət istiqamətləri və iş prinsipləri haqqında iştirakçıları məlumatlandırmışdır.

Konfransın davamında mövzu ilə əlaqədar mühazirələr oxunmuşdur.

 

164.1 KB

 

38.9 KB

 

107.5 KB