Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi tərəfindən Milli Qəhrəmanın məzarı ziyarət edilmişdir.

03.04.2021

Aprel zəfərindən 5 il ötür. Bu zəfərin qazanılmasında qanından, canından keçən oğullarımızın sırasında, Sabirabad rayonunun Muğangəncəli kəndindən olan Murad Mirzəyevdə vardır. Murad Mirzəyev Aprel Zəfərinin qazanılmasındakı xüsusi xidmətlərinə görə, ölümündən sonra Azərbaycanın Milli Qəhramanı adına layiq görülüb.3 aprel 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və  Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və rayon ziyalıları tərəfindən  Milli Qəhrəmanın məzarı ziyarət edilmişdir.  Ziyarətdə qəhramanımızın atası Telman Mirzəyev, həyat yoldaşı Fizzə Mirzəyeva, oğlu Nurlan Mirzəyev, qızı Dəniz Mirzəyeva və bir qrup Sabirabad rayonundan olan içtimayyətin nümayəndələri, mərhumun döyüş yoldaşları, dostları iştirak edib.  Eyni zamanda bu gün digər Milli Qəhrəmanlarımız Polad Həşimovun, Mübariz İbrahimovun, Şükür Həmidovun və digər şəhidlərimizin məzarları ziyarət edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

132.4 KB

 

122.1 KB

 

201.6 KB