Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Dünya şöhrətli sənətkarın ailə üzvləri Sabirabad Regional Mədəniyyət İdarəsində qonaq olmuşlar

01.04.2021

Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan SSR-nin xalq artisti, klassik opera və vokal sənətinin mahir ifaçısı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmuş, ictimai xadim, gözəl pedaqoq və təvazökar insan, “İstiqilal ordenli” Lütfiyar Müslüm oğlu İmanov 1928-ci il aprel ayının 17–də Sabirabadda anadan olmuş, burada boya-başa çatmış və Sabirabad şəhər Mədəniyyət evində bədii rəhbər işləmişdir. Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov səhnə mədəniyyəti, aktyorluq məharəti, güclü səsi və geniş repertuarı, dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalarla, yartığı obrazlarla şöhrət qazanmış və opera sənətini dünyada layiqincə təmsil etmişdir. Bu gün dünya şöhrətli sənətkarın ailə üzvləri - oğlu Rauf İmanov, qızı Yavər Rəsulova və nəvəsi Nahid Rəsulov Sabirabad Regional Mədəniyyət İdarəsində qonaq olmuşlar. İdarə rəisi Fərid Qurbanzadə qonaqları qəbul etmiş, dəyirmi masa ətrafında səmimi söhbət aparılmışdır. Mədəniyyətmizin, incəsənətimizin inkişafı, maddi mədəniyyət nümunələrimizin qorunması və təbliği istiqamətində maraqlı diskusiya keçirilmişdir. 

 

57.6 KB