Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Mirtale Ağazadə Sabirabad rayon Xankeçən kənd sakini, Vətən müharibəsi qazisi Dadaşov Natiq Namil oğlu ilə görüşmüşdür.

19.02.2021

18 Fevral 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Mirtale Ağazadə Sabirabad rayon Xankeçən kənd sakini, Vətən müharibəsi qazisi Dadaşov Natiq Namil oğlu ilə görüşmüşdür.

Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazimiz, göstərdiyi igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub. Qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə kollektiv adından təşəkkürümüzü bildirməklə,onun qayğıları,səhhəti və problemləri ilə maraqlanmışdır. Görüş zamanı İgid qazimiz döyüş xatirələrindən bəhs etmiş,valideynləri övladları ilə qürur duyduqlarını bildirmiş,göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər.Qeyd edək ki, Dadaşov Natiq Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş, Qubadlı uğrunda gedən döyüşlər zamanı başından yaralanmışdır.

 

38.1 KB

 

29.5 KB

 

58.4 KB