Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə online tədbir keçirilmişdir.

24.12.2020

24 dekabr 2020-ci il tarixində Sabirabad rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə online tədbir keçirilmişdir.Tədbirdə Həydər Əliyev Mərkəzinin ,Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin Əməkdaşları, könüllüləri və Sabirabad şəhər 1 saylı M.Ə Sabir adına  orta məktəbin 7 Ci sinif şagirdləri Ağayeva Sevil və Mehdizadə Nuray iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə çıxış edərək Cənab Prezidentin həyat və fəaliyyəti haqqında və Müzəffər Ali Baş Komandan ilham əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020 -ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalından azad edilməsi və 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarmızda indi üçrəngli  bayrağımızın dalğalanması barədə çıxış etdi.Cənab Prezidenti doğum günū münasibətilə təbrik etdi,ona uzun ömür, can sağlığı,fəaliyyətində uğurlar arzuladı. Mərkəzin baş fond mühafizi S.Mehdiyeva və Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru R.Qurbanov mövzu ətrafında geniş məlumat verdilər.Məktəblilər Pirezident İlham Əliyevə həsr olunan "İlhamla İrəli"şeirini söylədilər.Sonda tədbir iştirakçıları Cənab Prezident İlham Əliyevi bir daha doğum günū münasibətilə təbrik etdilər,ona uzun ömür, can sağlığı,fəaliyyətində uğurlar arzuladılar.

 

187.6 KB

 

123.2 KB

 

108.5 KB