12.12.2020
Tədbirin açılışında Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sūkutla yad edilib. Daha sonra Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru R.Hacızadə tədbiri açaraq, dūnya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun Mūstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, mūasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gūn Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib. Tədbirdə, həmçinin Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru R.Qurbanov və əməkdaşları çıxış edərək, böyūk şəxsiyyət, dūnya şöhrətli siyasətçi Heydər Əliyevin fəaliyyətindən, Azərbaycanın inkisafinda göstərdiyi xidmətlərdən danışıblar. Tədbirdə Karyera Mərkəzinin könūllūləridə iştirak ediblər. Tədbirin sonunda Ulu Öndərin būstū qarşısında xatirə şəkli çəkildi.