Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

26 noyabr 2020-ci il tarixdə Şirvan, Şabran, Tovuz, Ağdam Heydər Əliyev Mərkəzlərinin birlikdə təşkilatçılığı ilə “Biz qələbə qazandıq!” mövzusunda videokonfrans keçirildi.

26.11.2020

 Konfransda şəhid general Polad Həşimovun anası Səmayə xanım, bacısı Kəmalə Həşimova iştirak etdi. İlk çıxış edən Səmayə ana bildirdi ki, istəyirəm gələcəkdə savadlı hərbçilərimiz, generallarımız çox olsun. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazandıq. Allah bütün şəhidlərimizə rəhmət etsin, bütün yaralı əsgər və zabitlərimizə şəfa versin! Sonra çıxış edən şəhidin bacısı Kəmalə Həşimova ilk olaraq tədbir iştirakçılarını möhtəşəm qələbə münasibətilə təbrik etdi, bildirdi ki, qələbəyə aparan amil güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi oldu. Son 17 ildə Azərbaycan iqtisadi cəhətdən gücləndi, beynəlxalq arenada mövqeyini möhkəmləndirdi, söz sahibinə çevrildi, uğurlu xarici siyasət apardı. Nəticədə Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı.

Sonra Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, , Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Şirvan Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülşən Vəliyeva, Xəqani Poeziya evinin direktoru Aybəniz Əliyar, Şirvan Heydər Əliyev Mərkəzinin bələdçisi Səkinə Qayıbova və digərləri çıxış edərək bildirdilər ki, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Belə dəyərli övladlar yetişdirən bütün şəhid ailələrimizlə qüryur duyuruq. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi, bizim birliyimizin, gücümüzün qarşısınd heç bir qüvvə dura bilmədi. Prezidentimizin qeyd etdiyi kimi biz dəmir yumruq olaraq düşmənə qalib gəldik.

 

56 KB