26.11.2020
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Sakit Bağırov açaraq qədim və əzəli Azərbaycan torpağı olan Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. S.Bağırov çıxışında Dağlıq Qarabağın tarixini o cümlədən Kəlbəcərin işğal səbəblərini tarixi faktlarla izah etdi. Eyni zamanda O, Ali Baş Komandanımız cənab İlham Əliyevin Rəhbərliyi və apardığı siyasət nəticəsində Kəlbəcər, Ağdam və Laçın rayonlarının dinc yolla azad edilməsinin cənac Prezidentin xidmətləri olduğunu qeyd etdi.
Tədbirdə Kitabxananın əməkdaşlarından Qətibə Fərəcova, Fuad Əliyev və Rəsmiyyə Əliyeva Kəlbəcərin işğaldan azad olunması haqqında çıxışlar edtilər. Sonda sərgi nümayiş etdirilmişdir.