Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Faciə qurbanları anılmışdır

25.11.2020

         25 noyabr 2020- ci ildə Mərkəzi rayon Kitabxanası Saatlı Heydər Əliyev Mərkəzi ilə birlikdə Qarakənd faciəsinin anım günü ilə əlaqədar tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə açan MKS- nin direktoru Sakit Bağırov çıxış edərək  qeyd etdi ki, 1991- ci ilin noyabr ayının 20 – də  Azərbaycanın bir qrup ziyalısı və partiya - sovet orqanlarında işləyən rəhbər işçilər Xocavənd rayonu ərazisinin Qarakənd  kəndi ərazisində  vertaliyotla uçarkən erməni faşistləri tərəfindən vurulmuşdur. Hadisə nəticəsində Respublikanın baş prokroru İsmət Qayıbov, Daxili İşlər Naziri Məhəmməd Əsədov, baş Nazirin müavini Zülfü Hacıyev  və digər dövlət rəhbərləri hadisə nəticəsində faciənin qurbanı olmuşlar. O hadisə ilə ermənilər xalqımızın iradəsini sındırmağa  nail ola bilmədilərini o qeyd etdi. Mövzu ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin direktoru Telman Ağayev, baş kitabxanaçı Gülnarə Mirzəliyeva, oxu zalının müdiri və digərləri çıxış etdilər.

 

88.7 KB

 

110.2 KB