Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

M.Ə.Sabir adına Mərkəzi kitabxanada Kəlbəcərin azad olunmasına həsr olunmuş tədbir keçirildi

25.11.2020

25 noyabr 2020-ci il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxanada Kəlbəcərin azad olunmasına həsr olunmuş tədbir keçirildi. Tədbiri MKS-in direktor müavini N.Salmanova açaraq tədbir iştirakçılarını salamladı və hərkəsə gözaydınlığı verdi. N.Salmanova 1988-ci ildən Azərbaycanın başına gələn müsibətlərdən və bugünkü günün qələbə tarixi haqqında məlumat verdi. Sonra isə sözü oxuculara xidmət şöbəsinin müdiri Z. Kərimovaya verdi. Z. Kərimova Kəlbəcərin azad olunduğu günündən və ermənilərin özgə torpaqları hesabına dövlət yaratmaq siyasətinin tamamilə puç olunmasından geniş söhbət açdı. Metodika şöbəsinin baş kitabxanaçısı S.Rzayeva "Vətən oğulları" şeirini söylədi. RMİ-nin məsləhətçisi M.Cəfərzadə öz çıxışında qələbə günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və Kəlbəcərin azad olunmasından, Dağlıq Qarabağ məsələsinin ədalətlə sona çatmasından və dövlətimizin haqq işinin ləyaqətlə başa çatmasından danışdı. Tədbir bütün şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatdı.

 

80.2 KB

 

75.3 KB

 

71.1 KB