Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanovun rəhbərliyi ilə idarəyə tabe müəssisələrin fəaliyyətinə dair növbəti videokonfrans keçirilmişdir.

24.11.2020

23 noyabr 2020-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanovun rəhbərliyi ilə idarəyə tabe müəssisələrin fəaliyyətinə dair növbəti videokonfrans keçirilmişdir.İclası giriş sözü ilə açan Əhməd Ramazanov Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə iclas iştirakçılarını təbrik edib, vətənin azadlığı uğrunda candan keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Ə.Ramazanov əlavə olaraq qeyd etdi ki, erməni vandalizmi nəticəsində məhv edilmiş, dağıdılmış tarixi-mədəni abidələrin bərpa olunması, Azərbaycan mədəniyyətinin yenidən Qarabağ torpaqlarına qaytarılması yönündə görüləcək işlərdə hər birimizi həm vətəndaş olaraq, həm də mədəniyyət işçiləri olaraq məsuliyyət daşıyır, bu işin həyata keçirilməsini özümüzə vəzifə bilirik. Daha sonra digər məsələlər önə çəkilmiş, Mədəniyyət Strategiyasının hazırlanması ilə bağlı keçirilən rəy sorğusunda iştirakın əhəmiyyəti və vacibliyi vurğulanmış, müəssiələrin vətənpərvər mövzuda hazırladığı videoçarxlar barədə müzakirələr aparılmış, virtual məkanda aktivliyin artırılması, müasir texniki imkanlardan daha geniş istifadə olunması, mövcud vəziyyətlə əlaqədar tabe müəssisələrdə çalışan işçilərə Koronavirusla (Covid-19) mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, dezinfeksiya tədbirlərinin davam etdirilməsi, elektron xidmətlərə daha çox üstünlük verilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

 

112.6 KB

 

175.6 KB