Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qarabağ Azərbaycandır !!!

12.11.2020

“Qarabaq Azərbaycandır”
              12 noyabr 2020- ci il tarixdə Sabirabad RMİ- nin  Saatlı rayon Mərkəzi Kitabxanasında    “Qarabaq Azərbaycandır” adlı tədbir keçirilmişdir.  Tədbiri giriş sözü  ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sakit Bağırov  açaraq  qeyd  etdi ki, ölkə başçısı  cənab İlham Əliyevin  uzun illər apardığı daxili  və xarici  siysət  nəticəsində   ölkəmiz  ordu quruculuğu sahəsində  çox  böyük naliyyətlər  qazanmışdır. Ölkəmizin   dünya  dövlətləri arasında  artan  böyük  nüfuzu  bu  qələbənin  təmin olunmasında  mühüm rol  oynamışdır.
           27 oktyabrda erməni faşistlərinin  hücumlarının qarşısın alan Azərbaycanın  hərbi  komananlığı  əks  hücuma  keçib,  onlara sarsıdıcı  zərbələr  vuraraq qısa müddət ərzində  işğal altında  olan  əksər  rayonlarımızı   onlardan  geri almış,  düşmən  qoşunlarına  sarsıdıcı  zərbələr  vurmuşdur.
           Kitabxana Sisteminin  Xidmət şöbəsinin  bölmə müdiri Rəsmiyyə Əliyeva çıxış eərək bildirdi ki,  uzun illərdir ki, Qarabağ  münaqişəsi  bir  çox  dövlətlərin  ikili  yanaşması  nəticəsində  həll olunmaz  bir  məsələyə  çevrilmiş,  ərazilərimizin 20 faizi  işğal altında  olmuş  təbii  ehtiyyatlarımız  ermənilər  tərəfindən  talanmışdır. Ali baş komandanımız, Cənab prezident  İlham Əliyev   dəfələrlə bu münaqişəyə son qoymaq  üçün    diplomatik  yollar axtarmışdır. lakin  O,  qeyd  etmişdir ki, əgər  diplomatik  səylər  nəticə  verməsə  biz  işğal olunmuş torpaqlarımızı  hərbi  yolla  azad edəcəyik. O ölkə  rəhbərliyinin  bu  müharibədə   prinsipial, qətiyyətli  mövqeyinin də  bu qələbədə  boyük  rolunun olmasını qeyd  etdi.
           Mərkəzi Kitabxananın Uşaq  şöbəsinin işçisi Ramidə Qasımova , MKS- nin direktor müavini Həqiqət Həziyeva, Oxu zalının müdiri Qətibə Fərəcova,  kitabxananın əməkdaşı  Fuad Əliye  və  digərlər  çıxış edərək  torpaqlarımızın  azad edilməsi  qəhrəman hərbiçilərimizin qəhrəmanlığ,   xalqımızın bir  nöqtədə  birləşməsi  ətrafında  ətraflı  çıxışlar  etdilər
        Tədbir iştirakçıları tədbirin  sonunda  Kitabxananın  əməkdaşlarının hazırladıqları “Qarabaq Azərbaycandır”adlı  sərgiyə  baxmışlar.

 

132.1 KB

 

164 KB

 

141.1 KB