Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

8 Noyabr 2020-ci il Azərbaycan tarixinin ən şanlı günlərindən biri kimitarixə düşdü

08.11.2020

Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı sarsıtmış, böyük kədər hissi doğurmuşdu.Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi. Bu xəbərdən sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə mədəniyyət işçiləri, Sabirabad rayon ictimaiyyəti ilə birgə əllərində böyük üç rəngli ŞanlıAzərbaycan bayrağı ilə rayonun mərkəzindən Bayraq meydanına yollanaraq  böyük ruh yüksəkliyi və coşqu ilə azadlıq xəbərini qeyd etdilər.08 may 1992-ci ildə itirdiyimiz Şuşanı 28 il sonra 08 noyabr 2020-ci ildə Ali Baş Komandanımızın rəhbərliyi altında geri qaytardıq.Gözün aydın Azərbaycan, qədim şəhərin olan Şuşaya qovuşdun!Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad edilməsi mübarək olsun! Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirik.Üç rəngli bayrağınla məsud yaşa, AZƏRBAYCAN!

 

90.5 KB