Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar Sabirabad rayon Mədəniyyət Mərkəzində onlayn musiqili ədəbi bədii konsert proqramı keçirildi.

16.06.2020

Tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş, 1993-cü ilin 15 iyun günü xalqımız üçün çox əzizdir.Vətənini, xalqını sevən, çətin ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. 27 il əvvəl  bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna yeri olan, daim xalqına arxalanan və xalqa arxa olan dahi bir şəxsiyyət - Ümummilli liderimiz Heydər Əliyevdir. Bugün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar Sabirabad rayon Mədəniyyət Mərkəzində onlayn musiqili ədəbi bədii konsert proqramı keçirildi. Mədəniyyət Mərkəzinin facebook sosial şəbəkəsi vasitəsilə canlı yayımlanan tədbir İlk olaraq Adil İsgəndərov adına Xalq Teatrının rejissoru Seyidməmməd Əliyevin aparıcılığı ilə başlayan tədbirdə ifasında  Azərbaycana, Ulu öndərə, dövlətçiliyə həsr olunmuş həsr olunmuş şerlər söylənilmiş, müğənnilərdən Şamil Ağayevin, Zoya Mamedovanın, Sərxan Baxşıyevin, Səməd Səmədovun və Daşqın Mehdiyevin ifalarında mahnılar səsləndirilmişdir.

 

115.2 KB

 

127.5 KB