Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

28 May Respublika günü ilə əlaqədar Sabirabad rayon Mədəniyyət Mərkəzində onlayn musiqili ədəbi bədii konsert proqramı keçirildi.

28.05.2020

Xalqımızın dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il keçir. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Respublikamızda qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika günü ilə əlaqədar Sabirabad rayon Mədəniyyət Mərkəzində onlayn musiqili ədəbi bədii konsert proqramı keçirildi. Mədəniyyət Mərkəzinin facebook sosial şəbəkəsi vasitəsilə canlı yayımlanan tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan olundu. İlk olaraq Adil İsgəndərov adına Xalq Teatrının rejissoru Seyidməmməd Əliyevin aparıcılığı ilə başlayan tədbirdə ifasında Azərbaycana, vətənimizə, ana yurdumuza həsr olunmuş şerlər səslənmiş, müğənnilərdən Şamil Ağayevin, Zoya Mamedovanın,Sərxan Baxşıyevin, Səməd Səmədovun və Daşqın Mehdiyevin ifalarında dövlətçiliyi, vətənpərvərliyi əks etdirən mahnılar səsləndirild

 

113.1 KB