Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanovun rəhbərliyi ilə onlayn şəkildə növbəti Şura iclası keçirilmişdir.

21.05.2020

İlkin olaraq mayın 19-da Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nazirliyin aparat işçilərinin, regional mədəniyyət idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən onlayn videokonfrans zamanı verdiyi tapşırıqları aparat işçilərinin, regional idarənin əhatə etdiyi şəhər və rayonların nümayəndələrinin, mədəniyyət müəssisələrinin rəhbərlərinin nəzərinə çatdırıb.Həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində bir sıra vacib məqamlar diqqətə çatdırılmış, karantin rejiminin qismən yumşaldılması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, mayın 18-dən etibarən muzeylər, sərgi salonları və qalereyaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı lazımi işlərin görülməsinin zəruriliyi qeyd edilmişdir.Daha sonra regional idarənin rəhbərliyi videokonfransda  elektron xidmətlərə daha çox üstünlük verilməsi, uşaq musiqi və incəsənət məktəblərlərində onlayn dərslərin davamlı olaraq keçirilməsi, iş planlarında dəyişikliklərin edilməsi, tabe mədəniyyət müəssisələrində sənədləşmə və kargüzarlıq işlərinin qaydasına salınmasını tapşırmış, optimallaşdırma ilə bağlı müzakirələr aparılmışdır. Mədəniyyət Nazirliyində baş verən xoşagəlməz hallarla bağlı müəssisə rəhbərlərinin neqativ hallara yol verilməməsi ilə əlaqədar fikir və iradlarını bildirib, ciddi tapşırıqlarını verib.Sonda mədəniyyət müəssisələrinin rəhbərlərinin görülmüş işlər barədə hesabatları, sual və təklifləri dinlənilib.

 

152.2 KB

 

131.3 KB