Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsi videokonfrans keçirmişdir.

28.04.2020

Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsi və İdarənin xidməti əhatəsində olan mədəniyyət müəssisələrinin fəaliyyəti internet resursları üzərindən qurulur. Bu işin tərkib hissəsi olaraq idarə rəisi Əhməd Ramazanovun sədrliyi ilə İdarənin növbəti şura iclası onlayn şəkildə keçirilmişdir. İclas zamanı tabe müəssisələrdə dezinfeksiya işlərinin davam etdirilməsi, yaşı 65 və daha yuxarı olan tənha sakinlərin ziyarət edilməsi və ya telefonla əlaqə saxlanılması, onların ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq köməklik göstərilməsi, habelə elektron xidmətlərdən daha çox istifadə edilməsi, uşaq musiqi məktəblərlərində onlayn dərslərin və ustad dərslərin müntəzəm keçirilməsi, mədəniyyət mərkəzlərinin, kitabxanaların, muzeylərin fəaliyyətinin genişləndirməsi, onlayn müsabiqələrin və virtual sərgilərin təşkil edilməsi, videoçarxların yüksək səviyyədə hazırlanması və digər mövzularda müzakirələr aparılımış, müvafiq tapşırıqlar verilmişdir.

 

134.8 KB

 

137.8 KB