Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarıüzrə həvəskar yeniyetmə və gənclərin iştirak edə biləcəyi “Yurdumu vəsf edirəm” adlı distant müsabiqə elan edir.

23.04.2020

Müsabiqənin keçirilməsində məqsəd “COVİD-19”pandemiyasının qarşısının alınması məqsədilə tətbiq olunan sosial izolyasiya şəraitində istedadlı gənclərin yaradıcılğının dəstəklənməsi və yurdumuzun təbiət gözəlliklərinin tərənnümüdür.
Müsabiqənin şərtləri:
*Müsabiqədə 15-30 yaş arası iştirakçılar 1 və ya 2 əsərinin fotosunu 05 may 2020-ci il tarixədək sabirabad.mct@yahoo.com elektron poçt ünvanına və ya Şirvan Dövlət Rəsm Qalereyası facebook səhifəsinin messencerinə göndərməklə iştirak edə bilər.
*Müsabiqəyə yalnız mənzərə (peyzaj) janrında olan əsərlər qəbul olunur.
*Material və texnika sərbəstdir.
*Müsabiqə Sabirabad Regional Mədəniyyət İdərəsinin, həmçinin Qalereyanın facebook səhifəsində onlayn səsvermə yolu ilə müəyyən olunacaq.
Müsabiqənin nəticəsi 07 may 2020-ci il tarixdə müəyyən olunacaq.

 

298.8 KB