Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzinin kollektivi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı ”Dost Xonçası”kampaniyasına qoşuldu.

19.03.2020

Sabirabad rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzinin kollektivi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı "Dost Xonçası"kampaniyasına qoşuldu. 18 Mart 2020-ci il tarixində Sabirabad rayon Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzinin kollektivi Əslən Cəbrayıl rayon sakini olan əmək təqaüdçüsü,SSRİ dövründə əmək qəhramanı adını almış Zeynəb Abbasovanın qonağı olduq.Mərkəz kollektivi adından bayramını təbrik etdik,onunla həmsöhbət olduq və "Dost Xonçasını" təqdim etdik.Bu xalqımızın zəngin mənəvi dünyasının, Novruz bayramının yüksək dəyərlərinə bağlılığının, həm də yaşlı, ahıl insanlara hörmət hissinin, qayğıkeş münasibətinin bir göstəricisidir. “DOST xonçası” aksiyasının məqsədi evlərində tənha yaşayan ahıllarımızın, həssas qruplardan olan digər insanlarımızın, bu və ya digər aztəminatlı ailənin Novruz xonçası ilə qapısını açmaq, onlarla bayramlaşmaq, onlara xoş ünsiyyətlə bir bayram ovqatı bəxş etməkdir.Bayraminiz mübarək.

 

70.5 KB

 

64.2 KB